...

Erməni ordusunun əsgəri Azərbaycan tərəfinə əsir düşüb - versiya 2

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2007 13:41 (UTC +04:00)

Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi təsdiq edib ki, avqustun 4-də erməni ordusunun əsgəri Ambartsum Asaturyan Azərbaycan tərəfinə keçib. (Mediamaks) Xəbərdə bildirilir ki, 23 yaşlı Asaturyan "müəyyənləşdirilməmiş səbəblərə görə özbaşına hərbi hissəni tərk edib və qarşı tərəfə keçib". Erməni tərəfi bəyan edir ki, Asaturyan həqiqi hərbi xidmətdən boyun qaçırırmış və may ayında orduya düşdükdən sonra Dağlıq Qarabağda xidmət etməyə başlayıb. Asaturyan çətin tərbiyə olunan və xidmətdən yayınmağa meylli əsgər kimi xarakterizə edilir. O, hərbi andiçmə mərasimindən sonra bilərəkdən özünü şikəst etmək istəyib. Bu cəhdlə bağlı hərbi prokurorluq tərəfindən cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti