...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələri snayperlərdən atəşkəsi pozublar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Avqust 2007 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri bazar və bazar ertəsi günlərinin müxtəlif saatlarında arəşkəsi pozublar. Bu barədə bazar ertəsi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, erməni hərbçiləri Ermənistanın Berd rayonunun ətrafında yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini snayperlərdən atəşə tutublar. Onlar həmçinin Azərbaycanın Ağdam rayonunun Şurabad, Çıraqlı və Cəvahirli, Tərtər rayonunun Karmiravan kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Atəşkəsin pozulması zamanı itki qeydə alınmayıb, düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti