...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozublar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2007 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə avqustun 29-u və 30-da atəşkəsi pozublar. Məlumatı cümə axşamı Azərbaycanın Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, ermənilər çərşənbə günü və cümə axşamı müxtəlif saatlarda Ağdam rayonunun Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atəşə tutublar. Həmçinin Ermənistanın İcevan rayonundan Azərbaycanın Qazax rayonu ərazisindəki üzbəüz mövqeləri avtomat və pulemyotlardan atəşə tutublar.

Cavab atəşi ilə erməni tərəfi susdurulub, itki yoxdur.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti