Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda keçiriləcək Bilik günü ilə bağlı polis qüvvələri gücləndirilmiş iş rejimində işləyəcək, cümə günü Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend ə bildirilib.
Azərbaycanda yeni tədris ili sentyabrın 15-də başlayır. Bu qərar təhsil naziri Misir Mərdanov tərəfindən üç il öncə çıxarılıb. Sovet İttifaqı dağıldıqdan sonra təhsil nazirinin qərarı ilə Azərbaycanın orta məktəbləri ilk dəfə olaraq vahid formaya keçib.
Nazirlikdən bildiriblər ki, Bilik günü ictimai asayişin gücləndirilməsi üçün universitetlər və orta məktəblərin yaxınlığında polislərin sayı artırılacaq.