...

Tbilisidə NATO Parlament Assambleyasının alt komitələrinin iclası keçiriləcək

Siyasət Materials 15 Sentyabr 2007 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /NATO Parlament  Assambleyasının Şərq-Qərb Iqtisadi Əməkdaşlığı, Gələcək Təhlükəsizlik və  Müdafiə İmkanları alt komitələrinin sentyabrın 16-dan 19-dək keçiriləcək iclasında Cənubi Qafqaz  ölkələri üzrə məruzənin hazırlanması işlərinin gedişi müzakirə olunacaq. Bu barədə şənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda NATO Parlament Assambleyasının Cənubi Qafqaz  ölkələri üzrə məruzəsinin Gürcüstandakı ictimai-siyası vəziyyət, ölkənin xarici siyasəti ilə bağlı tərəfləri müzakirə olunacaq.  

İclasda Azərbaycanı Milli Məclisin deputatı Zahid Oruc təmsil edəcək. Tədbir  iştirakçılarının Gürcüstan prezidenti Mixail Saakaşvili, ölkənin xarici işlər və müdafiə nazirləri, ABŞ-ın Gürcüstandakı səfiri ilə gürüşləri də nəzərdə  tutulub.

Xəbər lenti

Xəbər lenti