...

Sergey Lavrov: "MDB-nin yenidən formalaşdırılması Birliyin sammitində müzakirə olunan əsas məsələlərdən biri olacaq"

Siyasət Materials 20 Sentyabr 2007 19:13 (UTC +04:00)
Sergey Lavrov:  "MDB-nin yenidən formalaşdırılması Birliyin sammitində müzakirə olunan əsas məsələlərdən biri olacaq"

MDB-nin yenidən formalaşdırılması MDB-nin oktyabrın əvvəlində baş tutacaq sammiti zamanı müzakirə olunan əsas məsələlərdən biri olacaq. Bu barədə xarici işlər nazirinin səlahiyyətlərini icram edən Sergey Lavrov Qırğızıstanın xarici işlər naziri ilə görüşündən sonra bildirib, RBK -nın məlumatında belə deyilir.

"MDB-nin yenidən formalaşdırılması birliyin sammitində müzakirə olunan əsas məsələlərdən biri olacaq" - deyə Lavrov bildirib.

O qeyd edib ki, MDB-nin sammiti üçün, prezidentlərin göstərişi ilə, ekspertlər Birliyin gələcəkdə təkmilləşdirilməsi məqsədilə, xüsusi konsepsiya və onun həyata keçirilməsi məqsədilə təkliflər hazırlayıblar. "Hesab edirik ki, MDB-nin xarici işlər nazirləri bu konsepsiyaları təsdiq edəcək və dövlət başçılarına təqdim edəcək" - deyə Lavrov bildirib. Lavrov qeyd edib ki, bu konsepsiya MDB-nin yenidən formalaşdırılması yolunda əsas sənəddir. "Konsepsiyanın reallaşmasının təsdiq olunması ilə biz işin mühüm mərhələsini başa çatdırmış olarıq" - deyə Lavrov bildirib.

Xəbər lenti

Xəbər lenti