...

Müxalifətyönlü partiyanın qurultayının günü müəyyənləşib

Siyasət Materials 21 Sentyabr 2007 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) dördüncü qurultayı noyabrın 3-də keçiriləcək. Bu barədə cümə günü Trend ə partiyanın sədri Sabir Rüstəmxanlı məlumat verib.

O bildirib ki, qurultayda VHP sədrliyinə namizədliyini irəli sürəcək: "Amma çox istərdim ki, alternativ namizədlər də olsun, gənclər partiya rəhbərliyinə gəlsinlər" - deyə Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, qurultayda VHP-nin Nizamnaməsinə dəyişiklik ediləcək, amma partiyanın siyasi kursu saxlanılacaq: "Biz müxalifət partiyası olaraq qalacağıq, hakimiyyətə gəlmək, ölkədə demokratiyanı inkişaf etdirmək üçün mübarizəmizi davam etdirəcəyik" - deyə VHP sədri əlavə edib.

VHP Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Rüstəmxanlının rəhbərliyi altında 1992-ci ildə yaradılıb. VHP 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü ilin bələdiyyə seçkilərində iştirak edib. Millət vəkili, xalq şairi Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti