...

İspaniyanın maliyyə nazirliyi Azərbaycanda səfirliyin açılmasına vəsait ayırmayıb

Siyasət Materials 21 Sentyabr 2007 16:30 (UTC +04:00)
İspaniyanın maliyyə nazirliyi Azərbaycanda səfirliyin açılmasına vəsait ayırmayıb

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ İspaniyanın Azərbaycanda səfirlinin açılması iqtisadi səbəblər üzündən ləngiyir. Cümə günü Azərbaycanın İspaniyadakı səfirliyinin birinci katibi Anar Məhərrəmovun Madriddən telefonla verdiyi məlumata görə, İspaniyanın Maliyyə Nazirliyi, hələ də, Azərbaycanda bu ölkənin diplomatik missiyasının açılması üçün vəsait ayırmayıb.

Əvvəlcə bildirilib ki,səfirlik sentyabrdan fəaliyyətə başlayacaq. İspaniya hökumətinin, səfirliyinin açılması barədə siyasi qərarı hələ iyun ayında İspaniyanın xarici işlər naziri Miqel Anhel Maratinosun (Miguel Angel Moratinos) Azərbaycana səfəri zamanı rəsmi şəxslərlə keçirilən görüşdə bəyan edilib.

Diplomatın sözlərinə görə, İspaniya hökumətinin, öz niyyətini nə zaman həyata keçirəcəyi hələ məlum deyil.

Lakin İspaniya XİN-də səfirliyə namizədlər nəzərdən keçirilir. Bir müddətdən sonra İspaniya onu Azərbaycan tərəfinə təqbdim edəcək.

Azərbaycanın İspaniyadakı səfirliyi 2006-cı ildə açılıb.

Xəbər lenti

Xəbər lenti