...

Azərbaycanlı deputatlar Ukraynada keçiriləcək seçkiləri müşahidə edəcəklər

Siyasət Materials 26 Sentyabr 2007 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Azərbaycan Milli Məclisinin deputatları sentyabrın 30-da Ukraynada keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər. Bu barədə çərşənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 30-da Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərdə qələbə uğrunda rəqabətin əsasən prezident Viktor Yuşşenkonu dəstəkləyən "Bizim Ukrayna", bloku, keçmiş baş nazir Viktor Yanukoviçin rəhlərlik etidyi Regionlar Partiyası və sabiq baş nazir Yulya Timoşenkonun liderlik etdiyi "Yulya Timoşneko bloku" arasında gedəcəyi gözlənilir. Baş nazir Yanukoviçin rəhbərlik etdiyi hökumətlə prezident Yuşşenko arasında ciddi narazılıq yarandığına görə dövlət başçısı Ali Radanı buraxıb və növbədənkənar parlament seçkiləri təyin edib.

Azərbaycan parlamentinin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, deputatlardan Fərrux Zeynalov, Qənirə Paşayeva və Ərəstun Cavadov Ukraynada keçiriləcək seçkiləri müşahidə etmək üçün sentyabrın 29-dan oktyabrın 4-dək Kiyevdə səfərdə olacaqlar. Onlar seçkilərdə Milli Məclisin, Avropa Şurası Parlament Assambleyasının və ATƏT Parlament Assambleyasının xətti ilə müşahidəçi kimi iştirak edəcəklər. Azərbaycanlı deputatlar seçkiləri paytaxt Kiyev şəhərində izləyəcəklər.

Xəbər lenti

Xəbər lenti