...

Müsavat Partiyasının Gəncə şəhər təşkilatının 160 üzvü prezident seçkilərində müşahidəçi qismində iştirak edəcək

Siyasət Materials 3 Oktyabr 2007 18:08 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend V.Məmmədov/ Müsavat Partiyasının Gəncə şəhər təşkilatının 160 üzvü gələn il keçiriləcək prezident seçkilərində müşahidəçi və məşvərətçi qismində iştirak edəcək, çərşənbə günü Trend ə təşkilatın sədri Oqtay Qəmbərov bildirib. Onun sözlərinə görə, iştirakçıların sayı partiyada təsdiq edildikdən sonra seçki komissiyasına təqdim olunacaq.

Azərbaycanda prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçiriləcək. Müsavat Partiyasının rəhbər strukturları seçkilərə qatılacağı barədə açıqlama veriblər.

Qəmbərov deyib ki, seçki ilə bağlı maarifləndirmə işlərinin aparılması üçün ABŞ-ın Milli Demokratiya İnstitutunun əməkdaşları partiya üzvləri üçün seminar keçirir.

Müsavit Partiyasının Gəncə şəhər təşkilatının 950 üzvü var. Onların 130-u qadındır.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti