...

Azərbaycanda qəbiristanlıqlara nəzarət bələdiyyələrə veriləcək

Siyasət Materials 5 Oktyabr 2007 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda qəbiristanlıqlara nəzarət və onlara xidmət bələdiyyələrə veriləcək. Milli Məclisin Regional məsələlər daimi komissiyasının cümə günü keçirilən iclasında bildirilib ki, gəbiristanlıqlara nəzərətin bələdiyyələrə verilməsi üçün "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyə mənbələri haqqında" qanunlara dəyişiklik ediləcək.

Hazırda gəbiristanlıqlara nəzarəti və xidməti yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Parlamentin Regional məsələlər daimi komissiyasının sədri, deputat Arif Rəhimzadə bildirib ki, həmin dəyişikliklərə əsasən, qəbiristanlıqlara nəzarət və xidmət bələdiyyələrə verildiyinə görə, bu işləri həyata keçirmək üçün bələdiyyələrin büdcəsindən əlavə vəsait ayrılacaq. Komissiya sədri vurğulayıb ki, dünyanın əksər ölkələrində gəbiristanlıqlara nəzarət və xidməti bələdiyyələr həyata keçirir.

Millət vəkili Fəzail İbrahimli isə qeyd edib ki, Azərbaycanda ilk dəfədir ki, bələdiyyələrə konkret sahə tapşırılıb: "Bələdiyyələr indiyə gədər torpaq satmaqla məşğul olurdular. Bundan sonra hansısa işi də görərlər".

Komissiyanın iclasında bələdiyyə üzvünün statusu haqqında qanuna dəyişiklik edilib. Korrupsiyaya qarşı mübarizə çərçivəsində həyata keçirilən dəyişikliklərə əsasən, bələdiyyə üzvünün korrupsiya xarakterli hərəkəti cinayət məsuliyyəti yaratmayanda, inzibati formada cəza tətbiq ediləcək və belə hallara yol verən bələdiyyə üzvü cəzalandırılacaq.

Xəbər lenti

Xəbər lenti