...

Azərbaycanda yaşayan Polşa vətəndaşları parlament seçkiləri zamanı Bakıdakı səfirlikdə səs verə biləcəklər

Siyasət Materials 10 Oktyabr 2007 15:52 (UTC +04:00)
Azərbaycanda yaşayan Polşa vətəndaşları parlament seçkiləri zamanı Bakıdakı səfirlikdə səs verə biləcəklər

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanda müvəqqəti yaşayan Polşa vətəndaşlarına oktyabrın 21-nə təyin olunmuş parlament seçkiləri zamanı demokratik seçim etmək imkanı veriləcək. Polşanın Azərbaycandakı konsulu Dariuş Kaminski bildirib ki, səfirlikdə seçki məntəqəsi yaradılıb.

Polşa prezidenti oktyabrın 21-də, bazar günü Seym (parlamentin aşağı palatası) və Senata (parlamentin yuxarı palatası) seçkilərin keçirilməsi barədə qərar imzalayıb.

Konsul bildirib ki, bu seçki ərəfəsində Azərbaycanda təqribən 50-60 Polşa vətəndaşı müvəqqəti yaşayır. Bu, səfirliyin əməkdaşları və onların ailə üzvləri, həmçinin müxtəlif firma və şirkətlərin işçiləridir.

"Seçkidə iştirak etmək hər bir vətəndaşın hüququdur və o, özü iştirak edib etməmək barədə qərar verir" - deyə diplomat bildirib.

Analitiklərin fikrincə, prezident Kaçinski və baş nazir vəzifəsini tutan onun ekiz qardaşı Yaroslav Kaçinskinin rəhbərlik etdikləri mühafizəkar "Hüquq və Ədalət" partiyasının əsas rəqibi "Vətəndaş platforması" liberal partiyası olacaq.

Xəbər lenti

Xəbər lenti