...

ABŞ-ın Milli Demokratiya İnstitutunun əməkdaşları siiyasi partiya nümayəndələri üçün seminar keçirir

Siyasət Materials 10 Oktyabr 2007 18:45 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V. Məmmədov / ABŞ-ın Milli Demokratiya İnstitutunun əməkdaşları regionda siiyasi partiya nümayəndələri üçün seçki ilə bağlı seminar keçirir. Bu barədə məlumatı Müsavat Partiyasının Gəncə şəhər təşkilatının sədri Oqtay Zeynalov verib. Onun sözlərinə görə, seminarda seçkiyə hazırlıq, seçicislərlə görüşlər, təbliğat və bir sıra mövzular barədə söhbətlər aparılıb. Təlimçi Milli Demokratiya İnstutunun Bakı ofisinin mütəxəssisi Aida Suyundayeva olub.

O. Zeynalov qeyd etdi ki, belə təlimlər digər siyasi partiyaların bölgədəki nümayədələri üçün də təşkil olunub.

Müsahibin sözlərinə görə, bu, İnstitut mütəxəsislərinin bölgədə keçirdikləri 4-cü seminardır. Növbəti ildə də belə seminarların keçirilməsi nəzərdə tutulur.

Gəncə Azərbaycanın qərb bölgəsində, paytaxtdan 380 km aralıda yerləşir və ölkənin iknici böyük şəhəridir.

Xəbər lenti

Xəbər lenti