...

Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək

Siyasət Materials 22 Oktyabr 2007 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Estoniyanın xarici işlər naziri Urmas Paet oktyabrın 29-30-da Bakıya səfəri zamanı iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə edəcək. Bazar ertəsi jurnalistlərə məlumat verən Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim səfər zamanı siyasi və iqtisadi əməkdaşlıq üzrə müxtəlif məsələlərin müzakirəsinin gözlənildiyini bildirib.

Azərbaycan ilə Estoniya Avropa və Avroatlantik strukturlar çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlığın gələcək mərhələləri Azərbaycan tərəfi ilə danışıqlar zamanı diqqət mərkəzində olacaq" - İbrahim əlavə edib.

Xəbər lenti

Xəbər lenti