...

Səfir : Türkiyə Baş naziri Kürd fəhlə partiyası ilə bağlı problemi Azərbaycan prezidentilə müzakirə edəck

Siyasət Materials 28 Oktyabr 2007 17:58 (UTC +04:00)
Səfir :  Türkiyə   Baş   naziri   Kürd   fəhlə   partiyası   ilə   bağlı   problemi   Azərbaycan   prezidentilə   müzakirə   edəck

Azərbaycan , Bakı / Trend müxbir . S. Ağayeva , K.Ramazanova / Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu bazar günü bildirib ki , Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğan Kürd fəhlə partiyası ilə bağlı problemi Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə edəcək .

Türkiyə höküməti Şimali İraqda kürd separatçılarına qarşı hərbi əməliyyata başlayır .

" Danışıqlar baş nazirin noyabr ayında türk ölkə və təşkilatlarının 11-ci qurultayında iştirak etmək üçün Bakıya gəlişi zamanı keçiriləcək " - deyə səfir bildirib .

Azərbaycan parlamentinin bir neçə deputatının Türkiyəyə hərbi yardım etməsi çağırışlarını şərh edən türkiyəli diplomat " biz Azərbaycandan hərbi kömək istəmək fikrində deyilik , problemi öz gücümüzlə həll etməyə qadirik " deyib .

Ərdoğanın köməkçisi Əli Sarıqayanın Trend ə bildirdiyinə görə , Türkiyə baş nazirinin Azərbaycana səfəri zamanı azərbaycan-ermənistan münaqişəsinin həlli ətrafında müzakirələr aparılacaq .

" Türkiyə ilə Ermənistan arsında problemin həlli ermənistan-azərbaycan münaqişəsinin nizamlanmasından asılıdır . Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir " - deyə Sarıqaya bildirdi .

Xəbər lenti

Xəbər lenti