...

Rusiyalı tarixçi azərbaycanlı general Cəmşid Naxçıvanskinin güllələndiyi və dəfn edildiyi yeri müəyyənləşdirib (video)

Siyasət Materials 29 Oktyabr 2007 14:41
Rusiyalı tarixçi azərbaycanlı general Cəmşid Naxçıvanskinin güllələndiyi və dəfn edildiyi yeri müəyyənləşdirib (video)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, Trend müxbir S.Ağayeva/ Azərbaycan hərbçisi, Naxçıvan xanları sülaləsinin görkəmli nümayəndələrindən biri Cəmşid Naxçıvanskinin həyatı və şərəf yolu barədə unikal arxiv materialları Rusiyanın məşhur tarixçisi, qafqazşünas Rudolf İvanovun "Sovet İttifaqı adından" kitabında öz əksini tapıb.

Müəllif kitab üçün materialları Naxçıvandan və Rusiya Federasiyasının Federal Xidmətinin hələ də Azərbaycan üçün bağlı olan arxivlərindən əldə edib. Bu barədə bazar ertəsi tanınmış publisist, Azərbaycanın Milli Məclisinin depuptatı Elmira Axundova məlumat verib. Alimin sözlərinə görə, sənədlərdə vətənə şərəflə xidmət göstərən Rusiya ordusunun generalının həyatından faktlar, 1938-ci ildə onun həbs olundğu şərait, məhkəmə prosesi və qətl əksini tapıb.

"Sovet İttifaqı adından" kitabı Naxçivanski haqqında tarixi monoqrafiyadır. Kitabda Naxçıvan xanlarının əfsanəvi sülaləsindən olan sonuncu general, imperiya müharibəsinin qəhramanı, qoşun başçısı, Stalin repressiyasının qurbanının faciəli taleyindən bəhs olunur. Bu barədə müəllif jurnalistlərə kitabın təqdimat mərasimi zamanı məlumat verib.

Kitabın müəllifi saxta ittihamla üç dəfə həbs olunan (1920, 1931 və 1938) və iki dəfə güllələnmə hökmünə məhkum olunan Azərbaycan xalqının böyük oğlunun həyat yolundan parlaq səhnələr təsvir edib. İvanov tapmağa nail olduğu arxiv sənədlərində göstərilir ki, Cəmşid Naxçıvanskinin güllənməsi barədə qərar Stalinin əmri ilə ləğv olunaraq sürgündə güllələnmə ilə əvəz olunub.

Tarixçi Naxçıvanskinin güllələnmə tarixini dəqiqləşdirməyə müvəffəq olub. Bu 1938-ci ilin may ayında baş verib. Naxçıvanski Moskva ətrafında "Kommunarka-Loza" obyektində SSRİ-nin digər tanınmış siyasi və hərbi xadimləri, Buxarin, Rıkov, Karayev, Bünyadzadə, Verxovski, Levandovski və başqaları ilə birlikdə dəfn edilib.

Kitab Heydər Əliyev Fondnun prezidenti, UNESCO və ISESCO-nun sühməramlı səfiri Mehriban Əliyevanın köməyi və təşəbbüsü ilə çap olunub. Mehriban Əliyeva həmçinin müəllifin "Bəyazidin müdafiəsi: həqiqət və ya yalan", "General-adyutant əlahəzrətləri. Hüseyn xan Naxçıvanski haqqında rəvayət" əsərlərinin işıq üzü görməsinə də yardım göstərib.

Professor Rudolf İvanov 23 kitabın və 200-dən çox məqaləninin müəllifidir. Müəffin Qafqaz xalqlarının tarixinə, Qafqaz xalqlarının qəhrəmanlıq tarixinə və onların Rusiya imperiyasının müdafiəsində və çiçəklənməsində oynadığı rola həsr olunmuş görkəmli əsərləri möcuddur.

Xəbər lenti

Xəbər lenti