...

Sərhədlərin razılaşdırılması ilə bağlı komissiyalararası növbəti iclas Gürcüstanda keçiriləcək

Siyasət Materials 30 Oktyabr 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir K. Ramazanova/ Gürcüstanla Azərbaycan sərhədlərin razılaşdırılması ilə bağlı dövlət komisiyalarının növbəti iclası Gürcüstanda keçiriləcək. Bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib. "İlin sonunadək biz Gürcüstan və Rusiya ilə komissiyanın iclasını keçirməyi nəzərdə tuturuq", - deyən Xələfovun sözlərinə görə, razılaşdırılmamış bir neçə sahə var ki, onların da tez bir zamanda həll olunacağı gözlənilir.

O, bir daha vurğuladı ki, dövlətin əsas atributlarından biri sərhədlərinin müqavilə əsasında müəyyən olunmasıdır. Xələfov, həmçinin, qeyd edib ki, dövlətlər arasındakı münasibətlərin potensialı bu məsələnin diplomatik danışıqlar yolu ilə həll olunmasına ümid yaradır.

Xəbər lenti

Xəbər lenti