...

Azərbaycan və İsveçrənin Xarici İşlər Nazirlikləri siyasi məsləhətləşmələr aparacaqlar

Siyasət Materials 30 Oktyabr 2007 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ İsveçrə və Azərbaycan Xarici Işlər nazirlikləri noyabr ayında İsveçrədə siyasi məsləhətləşmələr aparacaqlar. Bunu çərşənbə axşamı İsveçrənin Azərbaycandakı səfirliyinin ofisinin rəhbəri Alen Qyudettini bildirib.

"Biz Azərbaycan və İsveçrə xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr təşkil etmək və ikitərəfli əlaqələri inkişaf etdirmək istəyirik",-deyə Qyudettini söyləyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdən məsləhətləşmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti