...

İKT-nın Gənclər Forumu Azərbaycanın birinci xanımını mükafatlandırıb

Siyasət Materials 1 Noyabr 2007 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndiriməsində göstərdiyi xidmətlərə dörə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva İslam Konfransı Təşkiltı (İKT) Gənclər Forumunun xüsusi mükafatına layiq görülüb.

Mükafat Azərbaycanın birinci xanımına cümə axşamı Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə Bakıda keçirilən "Gənclər sivilizasiyalar alyansı naminə" beynəlxalq konfransında təqdim olunub.

Konfransın keçirilməsinə dair qərar 2006-ci ildə İKT-nın "Əməkdaşlıq və dialoq naminə" gənclər forumu tərəfindən qəbul olunub və BMT-nin inkişaf proqramı, İSESCO və Avropa Şurası (AŞ) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Tədbirdə Mehriban Əliyeva və Qətərin Elm və Mədəniyyət Fondunun prezidenti Şeyxa Muza bint Nasir əl-Missned, həmçinin, BMT-nin Sivilizasiyalar Birliyi üzrə Baş Katibliyinin ali nümayəndəsi, Portuqaliyanın keçmiş prezidenti Jorji Sampayu, İSESCO-nun baş direktoru Əbüləziz Osman əl-Tuveycri və digər yüksək vəzifəli qonaqlar iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti