...

Türkiyə prezidenti: "Ankara kürd terroristləri ilə mübarizədə beynəlxalq ictimaiyyətin dəstəyini tələb edir"

Siyasət Materials 1 Noyabr 2007 17:59 (UTC +04:00)
Türkiyə prezidenti: "Ankara kürd terroristləri ilə mübarizədə beynəlxalq ictimaiyyətin dəstəyini tələb edir"

Türkiyə, Ankara/ Trend , müxbir A.İsmayılova / Cümə axşamı Ankarada Türkiyə prezidenti Abdulla Gülün azərbaycanlı jurnalistlərə verdiyi məlumata görə, Türkiyə Kürd Fəhlə Partiyasının (KFP) terroristləri ilə mübarizədə Azərbaycan və digər ölkələrdən dəstəyini tələb edir.

Prezidentin sözlərinə görə, Türkiyə terrorizmlə təkbaşına mübarizə aparmaq iqtidarındadır. Prezident İraqı öz ərazisindəki terror təşkilatları ilə mübarizə aparmağa çağırıb. Türkiyə prezidenti terror təşkilatları ilə mübarizə aparmaq üçün İraq ərazisinə daxil olan ABŞ-ın bu məsələ ilə bağlı məsuliyyət daşıdığını da qeyd edib.

KFP 1984-cü ildən Türkiyənin cənub-şərqində müstəqil kürd dövlətinin yaradılması uğrunda mübarizə aparır. Bu dövr ərzində regionda baş verən qarşıdurmalar nəticəsində, 37 min nəfər həlak olub. Kürd terroristlərinin İraqın şimalında yerləşən düşərgələrindən Türkiyənin ərazisinə bir neçə hücum təşkil etməsindən sonra vəziyyət daha da gərginləşib. Buna cavab olaraq, Türkiyə İraqla sərhəddə qoşun yerləşdirib və terrorizmlə mübarizə məqsədilə, İraqın ərazisinə daxil olmasının mümkünlüyüny bəyan edib.

Xəbər lenti

Xəbər lenti