...

Müxalifətyönlü partiya Ədliyyə Nazirliyini məhkəməyə verəcək

Siyasət Materials 2 Noyabr 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətyönlü Yeni Zaman Partiyası dövlət qeydiyyatına alınmaması ilə bağlı Azərbaycanın Ədliyyə Nazirliyini məhkəmə verəcək. Bu barədə cümə günü Trend ə açıqlamasında partiyanın sədri Musa Ağayev məlumat verib.

Onun sözlərinə görə, partiyanın qeydiyyata alınması üçün iki dəfə ədliyyə nazirinin ünvanına məktub yazıblar, dəfələrlə nazirliyə şifahi şəkildə müraciət ediblər. Üç gün əvvəl nazirlikdən partiyaya bildiriblər ki, "Siyasi partiyalar haqqında" Qanunda partiyaların qeydiyyata alınması üçün konkret müddət göstərilməyib, ona görə də Yeni Zaman Partiyası hələ gözləməlidir.

Partiya sədrinin bildirdiyinə görə, Ədliyyə Nazirliyinin Əsasnaməsində göstərilib ki, nazirliyə təqdim olunan bütün müraciətlərə 35 gün müddətində baxılmalıdır. Partiyanın müraciətindən də bir neçə ay keçib, lakin partiyaya heç bir cavab verilmir.

"Biz üçüncü dəfə də nazirə müraciət edəcəyik. Əgər partiya qeydiyyata alınmasa, nazirliyi məhkəməyə verəcəyik. Məhkəmədən tələb edəcəyik ki, nazirliyin partiyanı qeydiyyata alması vəzifəsini məcburi qaydada icra etməsinə dair qərar çıxarsın" - deyə Ağayev bildirib.

Xəbər lenti

Xəbər lenti