...

İran Parlamentinin sədri Azərbaycana səfər edəcək

Siyasət Materials 3 Noyabr 2007 12:21 (UTC +04:00)
İran Parlamentinin sədri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan-İran münasibətlərinin inkişafı məsələlərini İran Parlamentinin sədri Qulaməli Xaddad Adel Bakıya rəsmi səfəri zamanı müzakirə edəcək.

İranın Parlament rəhbərinin səfəri noyabrın 8-9-na nəzərdə tutulub. Bu barədə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov şənbə günü telefonla məlumat verib.

Səfər Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti ilə baş tutacaq. Səfir bildirib ki, hazırda tərəflər səfər proqramı və danışıqlar gündəliyini hazırlayırlar.

İranın qanunverici orqan başçısının Bakıda azərbaycanlı həmkarları, xarici işlər naziri və Azərbaycan prezidenti ilə görüşü gözlənilir. Tərəflər iki ölkənin qanunverici orqanlarının əməkdaşlıq perspektivlərini müzakirə edəcək, siyasi, iqtisadi və humanitar əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparacaqlar. Görüş zamanı, həmçinin regional və beynəlxalq mahiyyətli məsələlərə də, toxunulacaq.

Xəbər lenti

Xəbər lenti