...

Azərbaycan hərbçiləri NATO-nun tədbirlərinə qatılıb

Siyasət Materials 5 Noyabr 2007 10:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan Milli Ordusunun zabitləri bazar ertəsi Tbilisidə başlanılan "Hərbi Hava Qüvvələri komandalarının" konfransında iştirak edir. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan zabitləri, həmçinin Budapeşt şəhərində keçirilən "Təkmilləşdirilmiş hərbi terminalogiya" kursunda, Almaniyanın Şeidelberq şəhərində başlanılan "Əməliyyat İmkanları Konsepsiyası"mövzusunda konfransda iştirak edir.

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq planına uyğun olaraq hərbçilər İstanbul şəhərində noyabrın 5-dən 9-na kimi keçirilən Türk Hərbi Dəniz Qüvvələrində maddi-texniki təminat sisteminin araşdırılması üzrə stajda da iştirak edir.

Xəbər lenti

Xəbər lenti