...

Azərbaycanın Ukraynadakı səfiri Kiyev Dövlət Universitetinin fərqlənmə nişanı ilə təltif olunub

Siyasət Materials 6 Noyabr 2007 18:39 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfiri Kiyev Dövlət Universitetinin fərqlənmə nişanı ilə təltif olunub

Ukrayna, Kiyev / Trend , müxbir Z.Novosvitski/ Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Elmi Şurasının fərqlənmə nişanı ilə təltif olunub. Mükafat ikitərəfli möhkəm Azərbaycan-Ukrayna münasibətlərinin qurulması sahəsində görülən xidmətlərə görə təqdim olunub.

Fərqlənmə nişanını universitetin rektoru Viktor Skopenko Elmi Şuranın noyabrın 5-də keçirilən iclası zamanı təqdim edib.

Səfir razılığını ifadə edib və bildirib ki, təkcə Ukraynada deyil, bütün dünyada nüfuz qazanmış universitetin mükafatına layiq görülmək çox xoşdur. "Bu gün Azərbaycan hökumətinin üç aparıcı naziri sizin unversitetin məzunudur" - deyə Tələt Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti