...

Yol hərəkəti qaydalarını pozanları on günədək həbs cəzası gözləyir

Siyasət Materials 6 Noyabr 2007 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin çərşənbə axşamı keçirilən iclasında yol hərəkəti qaydalarını pozanların ciddi şəkildə cəzalandırılmasını nəzərdə tutan layihə qəbul edilib. Layihə prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib.

Qanuna avtoxuliqanlıqla bağlı xüsusi maddə əlavə olunub. Avtoxuliqanlıq nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir.

Bu hərəkətlərə yol verənlərə bir ilədək müddətdə nəqliyyat vasitələrini idarəetmə hüququnu məhdudlaşdırmaqla, şərti maliyyə məbləğinin 400 mislindən 600 mislinədək miqdarda cərimə və pozuntunu törədənin şəxsiyyətindən asılı olaraq, 10 günədək inzibati həbs cəzası veriləcək.

Eyni hərəkətləri bir il ərzində təkrar törədənlərə nəqliyyat vasitələrini idarəetmə hüququnu 1 ildən 2 ilədək müddətə məhdudlaşdırmaqla, şərti maliyyə məbləğinin 600 mislindən 800 mislinədək miqdarda cərimə və pozuntunu törədənin şəxsiyyətindən asılı olaraq, 15 günədək inzibati həbs cəzası veriləcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət qüuruculuğu məsələləri daimi komissiyasının sədri, millət vəkili Əli Hüseynov isə bildirib ki, nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edənlərə, başqasının avtomobilini idarə edənlərə və başqasının avtomobilini şərxoş vəziyyətdə idarə edənlərə qarşı sərt tədbirlər görülməsi nəzərdə tutulub.

Müzakirələrdən sonra Milli Məclis layihəni qəbul edib.

Xəbər lenti

Xəbər lenti