...

Azərbaycanın hakim partiyası: "Dörd müxalifət partiyasının müzakirələrə qatılmaması onların konkret təkliflərinin olmaması ilə bağlıdır"

Siyasət Materials 8 Noyabr 2007 14:44 (UTC +04:00)
Azərbaycanın hakim partiyası: "Dörd müxalifət partiyasının müzakirələrə qatılmaması onların konkret təkliflərinin olmaması ilə bağlıdır"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Dörd müxalifət partiyasının Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı Bakıda keçirilən müzakirələrə qatılmaması həmin təşkilatların konkret təkliflərinin olmaması ilə bağlıdır. "Müzakirələr nəzəriyyə ilə yanaşı praktikanı da əhatə edir. Həmin müxalifət partiyaları isə seçki qanunvericiliyinin parktikada işləməsi mexanizmini bilmirlər" - deyə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov cümə axşamı Trend ə açıqlamasında bildirib.

Avropa Şurası Venesiya Komissiyasının və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) təşkilatçılığı ilə noyabrın 7-də Bakıda Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsinə həsr olunmuş Dəyirmi masa başlayıb. Dəyirmi masada Azərbaycan hökuməti, hakim və müxalifət partiyalarının nümayəndələri, ATƏT, Avropa Şurası və Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) təmsilçiləri iştirak edir. Tədbirdə əsasən seçki komissiyalarının tərkibinin dəyişdirilməsi məsələsi müzakirə olunur.

Müxalifəti təmsil edən ADP, AXCP, ALP və Müsavat Partiyası Dəyirmi masada iştirak etmir. "Dördlər" həmin tədbirin geniş formatda keçirilməsinə və təşkilatçılardan birinin İFES olmasına etiraz olaraq müzakirələrə qatılmırlar.

Novruzov qeyd edib ki, dörd müxalifət partiyasının tədbirə qatılmaması müzakirələrə hər hansı təsir etməyib.

"Müzakirələrdə dörd müxalifət partiyasından başqa bütün siyasi partiyaların təmsilçiləri, qeyri-hökumət təşkilatları, Azərbaycan hökuməti, ATƏT, Avropa Şurası və İFES təmsilçiləri iştirak edirlər. müxtəlif təkliflər var və bu müzakirələr Azərbaycanın seçki qanunvericiliyinin təkmilləşdirilməsində böyük rol oynayacaq" - deyə YAP rəsmisi əlavə edib.

Müzakirələri boykot edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, İFES-ə etimad göstərmirlər: "Bu təşkilat hakimiyyətin mövqeyinə uyğun siyasət yürüdür".

Onun fikrincə, bu müzakirələr gözdən pərdə asmaq, diqqəti daha prinsipial məsələ olan seçki komissiyalarını paritet əsasda formalaşdırmaq haqda müzakirələrdən yayındırmaq məqsədi daşıyır: "Ona görə də tədbirə qatılmadıq".

Xəbər lenti

Xəbər lenti