...

Azərbaycan neftinin qiyməti artıb

Siyasət Materials 9 Noyabr 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir V.Şərifov/ AZERI LT CIF Augusta növünün noyabrın 8-də qiyməti 1 barrel üçün 94,70 dollara çatıb. Bu isə əvvəlki qiymətdən 1,81 dollar aşağıdır.

1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətdə 1 barrel üçün 0,14 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhanın noyabrın 8-də qiyməti 1 barrel üçün 93,77 dollara çatıb. Bu, əvvəlki qiymətdən 0,21 dollar çoxdur.

Azərbaycan, həmçinin, URAL növlü neftini Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır.

Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Noyabrın 8-də URAL neftinin qiyməti 1 barel üçün 90,96 dollar təşkil edib. Bu öncəki qiymətdən 1 barrel üçün 0,59 dollar artıqdır.

Analoji vəziyyət Şimal dənizindən hasil edilən Brent Dated neftinə də aiddir. Brent Dated neftinin qiyməti noyabrın 8-də 1 barrel üçün 94,78 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 2,52 dollar artıqdır.

Xəbər lenti

Xəbər lenti