...

Şəkinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi həbs olunub

Siyasət Materials 13 Noyabr 2007 14:35 (UTC +04:00)
Şəkinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi həbs olunub

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Korrupsiya cinayətlərində ittiham olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki şəhər Ərazi İdarəsinin rəisi və şöbə müdiri həbs olunub. Trend in bölgə müxbirinin çərşənbə axşamı verdiyi məlumata görə, Şəki şəhər məhkəməsinin qərarı ilə idarənin rəisi İmran Bahadov və şöbə müdiri Çingiz Musayev baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi tədbirlər nəticəsində həbs olunub.

Bahadovun vəkili Həsən Qəniyev bildirib ki, müdafiə etdiyi şəxs korrupsiyada ittiham olunur.

Faktla bağlı araşdırma aparılır.

Şəki paytaxt Bakıdan 352 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti