...

Sovet sistemindən çıxmış türk dövlətləri böyüknailiyyətlər qazanıblar – Türkiyənin eks-prezidenti

Siyasət Materials 19 Noyabr 2007 13:27 (UTC +04:00)
Sovet sistemindən çıxmış türk dövlətləri böyüknailiyyətlər qazanıblar – Türkiyənin eks-prezidenti

Azərbaycan, Bakı /müx. Trend S.İlhamqızı/ Keçmiş sovet sistemindən çıxmış və öz müstəqilliklərini qazanmış türkdilli dövlətlər böyük nailiyyətlər qazanıblar, yeni demokratik sistemə uyğunlaşmaq üçün səy göstəriblər. Bu fikirləri Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Türk Dövlətləri və Cəmiyyətlərinin 11-ci dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında bildirib.

O bildirib ki, bu qurultay 1993-cü ildən etibarən keçirilir və bu dövr ərzində türk dünyası öz qızıl dövrünü yaşayıb.

Dəmirəl deyib ki, marksist sistemindən yaxa qurtaran türkdilli dövlətlərin demokratik sistemə keçidi və ona uyğunlaşması heç də asan deyildi. Çünki bu dövrlərin qaydaları bir-birindən tamam fərqlidir. O, Türkiyənin də demokratikləşmə sahəsində bəzi problemlərin hələ qaldığını deyib. "Əsas odur ki, bu yolda düzgün istiqamət götürülsün və o itirilməsin. Türk xalqları bu yolda səbrini tükətməməli, inamını, birliyini itirməməli və öz milli kimlikləri ilə fəxr etməlidirlər" - deyə Dəmirəl bildirib.

O, türk dövlətlərində üzləşdikləri terrorizm, yoxsulluq problemlərini də qeyd edib. Dəmirəlin çıxışından sonra ona türk dünyasının dostluğu, qardaşlığı və əməkdaşlığı sahəsində xidmətlərinə görə "Orxan-Yenisey" mükafatı təqdim olunub.

Xəbər lenti

Xəbər lenti