...

Mali Azərbaycanın energetika sektoruna maraq göstərir

Siyasət Materials 21 Noyabr 2007 17:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Mali Azərbaycanın energetika sektoruna maraq göstərir. Çərşənbə günü XİN - dən verilən məlumata görə, bu marağı Azərbaycanın Malidəki səfiri Sabir Ağabəyovla görüşdə Mali prezidenti Amadu Rumani Turey ifadə edib. Dövlət başçısı Malinin Azərbaycanla neft sənayesi, neftin kəşfi və işlənməsi sahələrində, kadrlarla mübadilə sahəsində əməkdaşlıq etmək niyyətində olduğunu bildirib. Mali hökumətində hesab edirlər ki, iki ölkə aqrar sektorda və təhsil sahəsində də əməkdaşlıq edə bilər. Tərəflər Azərbaycan və Mali arasında hüquqi-müqavilə bazasının inkişafının vacibliyini qeyd ediblər. Ağabəyov Mali prezidentinə təyinatı barədə etimadnamə təqdim edib. Mərakeşə akkreditə olunmuş səfir Malidə də Azərbaycanın səfiridir.

Xəbər lenti

Xəbər lenti