...

Gürcüstan, Azərbaycan və Türkiyə vahid iqtisadi zona yaradır – Gürcüstanın XİN başçısı

Siyasət Materials 21 Noyabr 2007 17:25 (UTC +04:00)
Gürcüstan, Azərbaycan və Türkiyə vahid iqtisadi zona yaradır – Gürcüstanın XİN başçısı

Gürcüstan, Tbilisi / " Trend ",m üxbir N.Kirtsxaliya/ Gürcüstan uzunmüddətli strateji layihələrin həyata keçiriləmsi istiqamətində qonşu dövlətlər üçün etibarlı tərəfdaşdır. Bu barədə çərşənbə günü Tbilisidə jurnalistlərə Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başlanmasına dair şərh verərkən bildirib.

"Biz bəzi qonşularımıza demək istəyirik ki, bərabər hüquqlar üzrə tərəfdaşlıq bizimlə münasibətlərdə yaxşı nəticələrə gətirib çıxıra bilər, nəinki təzyiq göstərmək təşəbbüsü " - deyə o bilidirb.

Nazir qeyd edib ki, bu günkü layihə ilə vahid iqtisadi tərəfdaşlıq yaranacaq.

"O, Gürcüsan, Azərbaycan və Türkiyə tərfindən yaradılır, lakin hamı üçün açıqdır, istənilən ölkə ona qoşula bilər. Bu, iqtisadi inkişafa daha böyük perspektivlər vəd verir" - deyə o bilidirib.

Bejuaşvili qeyd edib ki, bu layihəyə, Rusiyanı dövr etməklə, Avropaya yük tədarük edə biləcək Çin və Koreya da qoşulacaq.

Xəbər lenti

Xəbər lenti