...

Rusiyada "narıncı inqilab" baş verə bilməz - Dövlət Dumasının məsləhətçisi

Siyasət Materials 27 Noyabr 2007 14:45 (UTC +04:00)
Rusiyada "narıncı inqilab" baş verə bilməz - Dövlət Dumasının məsləhətçisi

Rusiya, Moskva / Trend müxbir R.Ağayev/ Rusiyada son illər Ukrayna və Gürcüstanda olduğu kimi, "narıncı inqilab" baş verə bilməz. RF-nin Dövlət Dumasının müdafiə üzrə komitəsinin məsləhətçisi, politoloq Qriqori Trofimçuk belə hesab edir.

"Məsələ ondadır ki, Rusiyada "narıncı inqilab" MDB-də baş verən bu kimi inqilablardan əvvəl baş verib, lakin həmin dövrdə bu termin heç mövcud deyildi. 1991-ci ildə Rusiyada baş verən demokratik inqilab MDB ərazisində məhz elə birinci "narıncı inqilab" idi. Əgər bu məsələyə bu aspektdən yanaşsaq, bizdə bir daha "narıncı inqilab" baş verə bilməz" - deyə bazar ertəsi Trofimçuk Trend ə müsahibəsində bildirib.

Dekabrın 2-nə təyin olunmuş parlament seçkiləri ərəfsində qızğın seçkiqabağı mübarizə barədə fikir bildirən politoloq hesab edir ki. "digər bir ölçüdə" "hər-hansı genişmiqyaslı irəliləyişlər" mümkündür. Lakin Rusiyada baş verən "narıncı inqilab" kimi inqilab bir daha baş verməyəcək, daha dəqiq desək, bu ssenari Özbəkistan, Qırğızıstanda və s.də sona qədər baş tutmamasından artıq məhv olub. Prinsipcə bu termini artıq unutmaq vaxtıdır, belə ki, bundan belə başqa ssenarilər yaranacaq" - deyə Trofimçuk bildirib.

Dövlət Dumasına neçə və hansı partiyaların daxil olması barədə suala politoloq belə cavab verib: "Bu suala bu gün heç kim dəqiq cavab verə bilməz. Son günlər rəyin hansı istiqamətdə formalaşacağını göstərəcək. Üç-dörd partiyanın parlamentə daxil olması realdır, lakin hər halda əsas partiyadan başqa qalan partiyalar heç bir rol oynamayacaq".

Politloq hesab edir ki, hakim "Yedinaya Rossiya" ("Vahid Rusiya") partiyasının seçicilərin 70-80%-nin səsini qazandığı təqdirdə Dövlət Dumasının praktiki olaraq hakim partiyadan ibarət olması realdır. Politoloq hesab edir ki, "Putinin lehinə" hərəkatı tərəfindən kifayət qədər imza toplanarsa, indiki hakimiyyət tamamilə qanuni olaraq Konstitusiyaya dəyişikliklər təklif eldə bilər, bu kimi dəyişikliklərə Vladimir Putinin üçüncü müddətə seçilməsi, prezidentlik müddətinin uzadılmasını aid etmək olar. "Bu kimi dəyişikliklər legitim və heç bir inqilab baş vermədən həyata keçiriləcək, çünki xalq bunu dəstəkləyir" - deyə politoloq bildirib.

Trofimçukun sözlərinə görə, burada prezidenti narahat edən başqa bir sual meydana çıxır, etibar etdiyi qüvvələr onu gələcək fəaliyyətində də dəstəkləyə biləcəklərmi.

Xəbər lenti

Xəbər lenti