...

Azərbaycan prezidenti "Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi ilə əlaqədar sərəncam imzalayıb

Siyasət Materials 27 Noyabr 2007 22:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, 1 ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etsin; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə" qanundan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti