...

GUAM-ın ümumi silahlı qüvvələr yaratmaq barədə planı yoxdur - təşkilatın baş katibi

Siyasət Materials 5 Dekabr 2007 15:36 (UTC +04:00)
GUAM-ın ümumi silahlı qüvvələr yaratmaq barədə planı yoxdur - təşkilatın baş katibi

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən və regional təşkilat olan GUAM-ın ümumi silahlı qüvvələr yaratmaq barədə planı yoxdur. Belə bir bəyanatla bu gün GUAM-ın baş katibi Valeri Çeçelaşvili Tokioda jurnalistlərlə görüşündə bildirib. Baş katib Yaponiyada "dördlüy"ün milli koordinatorlardan ibarət nümayəndə heyətinə başçılıq edir. İTAR-TASS-ın verdiyi məlumatda belə deyilir.

"Bizim belə bir planlarımız yoxdur. Lakin təşkilatın üzvləri arasında BMT-nin GUAM-a müraciət etdiyi təqdirdə sülhməramlı əməliyyatlarda iştirak edə biləcək hərbi formalaşmaların yaradılması imkanlarına dair müzakirələr gedir" - deyə Çeçelaşvili bildirib.

Ukrayanın XİN rəhbəri Andrey Veselovski öz növbəsində bildirib ki, "GUAM səmimiliyi, ümumavropa bazarlarını və demokratik dəyərləri bölüşən bütün tərəfdaşları ilə əməkdaşlıq etməyə hazır olması ilə fərqlənir". "Bizim təşkilat hamı, o cümlədən Rusiya ilə əməkdaşlıq etməyə hazırdır" - deyə nazir bildirib. "Biz regional əməkdaşlığı dünya iqtisadiyyatının inkişafının vacib elementi hesab edirik" - deyə ukraynalı diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti