...

"Azərbaycan yolu" Siyasi Hərəkatına mitinq üçün başqa yer təklif olundu

Siyasət Materials 6 Dekabr 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Bakı Şəhər İcra Hakimiyyəti "Azərbaycan yolu" Siyasi Hərəkatının 9 dekabrda "Ukrayna" meydanında keçirməyi planlaşdırdığı mitinqi başqa ünvanda keçirməyə izacə verib. Bu barədə cümə axşamı Trend ə Hərəkatdan məlumat verilib.

Hərəkat Türkiyənin PKK terror təşkilatı ilə mübarizəsinə dəstək əlaməti olaraq, dekabrın 9-da saat 15.00-dan 17.00-dək "Ukranya" meydanında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. İcra Hakimiyyətindən bu gün təşkilata cavab verilib. Bildirilib ki, Hərəkat Bakının Səbail rayonunda yerləşən "Neftçi" İdman - Sağlamlıq Mərkəzinin "Bibiheybət" stadionunda aksiya keçirə bilər. "Ukrayna" meydanında mitinqə icazə verilməməsinin səbəbi açıqlanmayıb.

"Azərbaycan yolu" Hərəkatı mitinqini "Bibiheybət" stadionunda keçirib-keçirməyəcəyinə dair qərarını sabah verəcək.

Xəbər lenti

Xəbər lenti