...

Aİ viza rejiminin sadələşdirilməsi ilə bağlı Azərbaycanla dialoqa hazırdır- Aİ-nin komissarı

Siyasət Materials 6 Dekabr 2007 17:55 (UTC +04:00)
Aİ viza rejiminin sadələşdirilməsi ilə bağlı Azərbaycanla dialoqa hazırdır- Aİ-nin komissarı

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Benita Ferrera Valdnerin elektron ünvanı ilə müsahibəsində Brüsseldən verdiyi məlumata görə, Avropa İttifaqı viza rejiminin sadələşdirilməsi ilə bağlı Azərbaycanla dialoqa başlamağa hazırdır.

Avropa Komissiyası Üzv Dövlətlərə qonşu ölkələrdən Aİ-yə və əks istiqamətdə qanuni getmək üçün viza prosedurlarını yüngülləşdirmək yollarını araşdırmağı təklif edib. Təşəbbüsün məqsədi Aİ və Yeni Qonşuluq Siyasəti ölkələri (Azərbaycan, Gürcüstan və Ermənistan) arasında mobillik və mübadilənin artmasıdır.

Aİ-nin Yeni Qonşuluq Siyasəti Proqramı üç Cənubi Qafqaz ölkəsi ilə 2006-cı ildə imzalanıb və iqtisadiyyatın inkişafına və bu ölkələrdə demokratik cəmiyyətlərin yaxşılaşdırılmasına yönəlib.

Aİ-nin komissarının fikrincə, məsələ, qeyri-qanuni miqrasiya, sərhəd idarəçiliyi, qeyri-qanuni mühacirlərin təhvil verilməsi sazişləri və s. sahədə əməkdaşlıq daxil olmaqla, daha geniş paket kontekstində həll edilə bilər.

Xəbər lenti

Xəbər lenti