Azərbaycan, Bakı / müxbir Trend K.Ramazanova / Əgər Azərbaycan 2008-ci ilə kimi söz azadlığı sahəsində vəziyyət dəişməsə Avropa Şurası adekvat addımlar ata bilər. Bu barədə jurnalistlərə bazar günü AŞPA Monitorinq komitəsinin həmmərüzəçisi Andres Herkel deyib. "Jurnalistlərin həbsi - Azərbaycanın ən yaralı məsələsindən biridir və AŞ üzvü buna yol verməməlidir", - deyə o bildirib. Həmmərüzəçi Naxçıvanda həbs olunan "Azadlıq" radiosunun müxbiri ilə bağlı təsüf olduğunu bildirib.
Herkel onuda qeyd edib ki, korrupsiya Azərbaycanın tək iqtisadiyyatında mövcud deyil, o təhsildədə yer alıb. Onun fikirincə, korrupsiya ilə mübarizə aparmaq üçün demokratik institutlar və söz azadlığı olmalıdır.
Herkel bu gün Bakıda keçirilən "Avropa İttifaqının Siyasəti və Avropa Şurasının insan haqları sahəsində: Azərbaycanın avrointeqrasiya prespektivləri" beynalxalq konfransında iştrak edir. Konfransın işində Avropa Şurasının xüsusi nümayəndələri, azərbaycanın AŞPA nümayəndələri, hüquq müdafiəçiləri də iştrak edirlər.