...

NATO-nun Azərbaycan üzrə IPAP proqramının yerinə yetirilməsinə dair ikinci məruzə yazda elan olunacaq

Siyasət Materials 10 Dekabr 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Azərbaycan üzrə fərdi fəaliyyət proqramının yerinə yetirilməsinə (IPAP) dair ikinci məruzə 2008-ci ilin yazında elan olunacaq. Bu barədə jurnalistlərə NATO-nun Cənubi Qafqaz ölkələrində əlaqələndirici zabiti Zbiqnev Rıbatski məlumat verib.

Rıbatski Bakıya səfər çərçivəsində Müdafiə Nazirliyində görüşlər keçirəcək. Görüşlərin yekunundan asılı olaraq NATO-nun hansı missiyasının Bakıya səfərinin həyata keçiriləcəyi məlum olacaq.

Rıbatskinin rəyinə görə, Azərbaycan hərbi sahədə təlim treninqlərinin təşkil olunmasında böyük uğurlar əldə edib. O, ölkə tərəfindən IPAP proqramının yerinə yetirilməsindən razılığını ifadə edib.

Xəbər lenti

Xəbər lenti