...

Azərbaycanda coğrafi adların dəyişdirilməsi qanunla tənzimlənəcək

Siyasət Materials 13 Dekabr 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin komissiyası ölkə ərazisində coğrafi obyektlərə ad verilməsi, onların köhnə adlarının bərpası, dəyişdirilməsi sahəsindəki fəaliyyətin hüquqi əsaslarını müəyyən edən qanun layihəsini müzakirə edib. "Çoğrafi obyektlərin adları haqqında" qanun layihəsinin ikinci oxunuşda Milli Məclisdə müzakirəsi zamanı verilən rəy və təkliflərin böyük əksəriyyəti işçi qrup tərəfindən nəzərə alınıb və sənəd əsaslı surətdə təkmilləşdirilib" Milli Məclisin regional məsələlər daimi komissiyasının cümə axşamı keçirilən iclasında komissiyanın sədri, millət vəkili Arif Rəhimzadə bildirib.

Yeni qanun layihəsi Azərbaycanın tarixi və mədəni irsinin tərkib hissəsi olan coğrafi obyektəlrin adlarının normallaşdırılması, işlədilməsi, qeydiyyatı və qorunub saxlanılması sahəsindəki fəliyyətin hüquqi əsaslarını müəyyənləşdirəcəkdir.

Layihədə, həmçinin coğrafi adların işlədilməsi, qeydiyyatı və qorunub saxlanılması sahəsində müvafiq icra hakimiyyəti orqanlarının vəzifələri də müəyyənləşdirilib. İcra hakimiyyəti orqanlarına coğrafi adlarla bağlı dövlət siyasətinin müəyyən edilməsi, beynəlxalq əməkdaşlıq, coğrafi adların işlədilməsi və qorunub saxlanılmasına nəzarət, coğrafi obyektlərə ad verilməsi və dəyişdirilməsi kimi məsələlər həvalə edilir.

Qanun layihəsinin tələbinə əsasən, müvafiq icra hakimiyyəti orqanı coğrafi adların işlədilməsinin təmin edilməsi və həmin adların qorunub saxlanılması məqsədi ilə Coğrafi Adların Dövlət Kataloqunu yaratmalı, coğrafi obyektlərin adları lüğətlərini, sorğu kitablarını, habelə, xəritə və atlaslarını hazırlayaraq nəşr etdirməlidir.

Sənədə görə, adlar müəyyənləşərkən coğrafi adın ən səciyyəvi xüsusiyyətləri əks etdirilməli, onun yerləşdiyi ərazinin coğrafi tarixi, təbii şəraiti, əhalinin rəyi nəzərə alınmalı və üç sözdən artıq olmamalıdır.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti