Azərbaycan, Bakı/ Trend , K.Ramazanova/ Türkiyə hökuməti xarici ölkələrə səfirlərin təyin edilməsini bəyan edib. Türkiyənin Azərbaycandakı yeni səfiri Türkiyə Baş nazirinin protokol şöbəsinin rəhbəri Xulusi Kılıc olacaq. Kılıc Bakıya növbəti ilin fevralında gələcək. Bu barədə Trend ə Türkiyənin Azərabaycandakı səfiri Hüseyn Avni Karslıoğlu məlumat verib. Karslıoğlu Türkiyə prezidenti inzibati ofisinin rəhbəri olacaq.