...

Mühacirətdə yaşayan müxalifət lideri prezident seçkisində heç bir namizədə dəstək verməyəcək

Siyasət Materials 17 Dekabr 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətçi Açıq Cəmiyyət Partiyası (ACP) və onun lideri Rəsul Quliyev gələn ilki prezident seçkisində başqa namizədə dəstək verməyəcək. Bu barədə bazar ertəsi Trend ə ACP-nin sədri Akif Şahbazov açıqlama verib.

"Rəsul Quliyev prezident seçkisində özündən zəif olan heç bir namizədə güzəştə getməyəcək. Əvvəlki təcrübə də göstərir ki, başqa namizədə dəstək verməklə qazanılan səsləri reallaşdırmaq mümkün olmadı" - deyə Şahbazov bildirib.

2003-cü ildə keçirilmiş prezident seçkisində Azərbaycanın eks-spikeri Quliyevin prezidentliyə namizədliyi qeydə alındı, lakin o, seçkiyə az müddət qalmış müxalifətçi Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəklədi.

Şahbazov bildirib ki, 2008-ci il prezident seçkisində ACP əvvəlki təcrübəni nəzərə alaraq müxalifətdən heç bir namizədə dəstək verməyəcək. Onun fikrincə, ACP Quliyevdən güclü və daha şanslı namizəd görmür.

Sağ mərkəzçi, müxalifətyönlü ACP bu ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri Quliyev 10 ildən çoxdur mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti