...

Azərbaycan prezidenti "BP" şirkətinin vitse-prezidentini qəbul edib

Siyasət Materials 17 Dekabr 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Prezident sarayında "BP" şirkətinin vitse-prezidenti Endryu İnqlisi qəbul edib. İnqlis Azərbaycanda "Şahdəniz" yatağından qaz hasilatının artmasını razılıq hissi ilə qeyd edib və bu sahədə işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib. Prezident Əliyev "Şahdəniz" yatağından çıxarılan qazın artmasının Azərabycanın mühüm qaz hasilatçısı və ixracatçısı kimi rolunu daha da yüksəldəcəyini deyib. O, uzun illər ərzində Azərbaycanla "BP" şirkəti arasında həyata keçirilən uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu ifadə edib.

Xəbər lenti

Xəbər lenti