...

Bakının iki qəsəbəsində sosial problemlərə həsr olunmuş xüsusi nəşr paylanılır

Siyasət Materials 18 Dekabr 2007 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakının Bibiheybət və "20-ci sahə" qəsəbələrinin sosial problemlərinə həsr olunmuş xüsusi qəzet buraxılışı əhali arasında paylanmağa başlayıb. Bu barədə çərşənbə axşamı Trend ə bu aksiyanın təşəbbüskarlarından olan Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov məlumat verib.

Altı ictimai təşkilat ötən həftənin bazar ertəsi Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edərək dekabrın 22-də "Ukrayna" meydanında mitinq, dekabrın 23-də isə "Neftçi" İdman-Sağlmalıq Mərkəzinin Bibiheybətdə yerləşən stadionunda sakinlərlə görüş keçirilməsi üçün icazə istəyiblər.

Təşkilatçılar əhali ilə görüşə hazırlığın bir hissəsi kimi "Yeni Müsavat" qəzetinin xüsusi buraxılışını hazırlayıblar. 5 min tirajla A-4 formatında çap olunan 16 səhifəlik nəşrin bu gündən Bibiheybət və "20-ci sahə" qəsəbələrinin sakinləri arasında paylanılmasına başlanılıb.

Namazov bildirib ki, bu qəsəbələrin qaz, işıq, yol, infrastruktur və digər sosial problemləri var. Ona görə xüsusi nəşr bu problemlərə həsr olunub və onların həlli yollarına dair təkliflər verilib. Xüsusi buraxılışda həmçinin əhali dekabrın 23-də görüşə çağırılır.

Qəsəbə sakinləri ilə görüşün əsas təşkilatçıları Namazov, Azərbaycan Ziyalı Hərəkatı, "Dalğa" gənclər hərəkatı, bir neçə hüquq müdafiəçisi və başqa qurumlardır.

Xəbər lenti

Xəbər lenti