...

Prezident İlham Əliyev Əli Bayramlıda yağ emalı zavodunun istifadəyə verilməsi mərasimndə iştirak edib

Siyasət Materials 24 Dekabr 2007 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Əli Bayramlıda MKT-İstehsalat-Kommersiya MMC-nin yağ emalı zavodunun istifadəyə verilməsi mərasimndə iştirak edib. Yerli xammalla işləyən zavodda əsasən pambıq çiyidindən marqarin yağı istehsal olunur. İldə 80 min ton çiyiddən 14 min ton yağ alınır, həm də sabun istehsal olunur. Məhsul, əsasən, Orta Asiya ölkələrinə ixrac edilir. 6,4 milyon manat sərmayə qoyulmuş müəssisədə Türkiyə və Almaniyadan alınmış müasir avadanlıq quraşdırılıb. İndii burada 246 nəfər işlə təmin olunub, orta aylıq əmək haqqı 300-400 manatdır. Prezident İlham Əliyev istehsal prosesi ilə tanış olub, buraxılan, o cümlədən ixraca gedəcək məhsulların çeşidinə baxıb.

Xəbər lenti

Xəbər lenti