...

Misir-Qəzzə sərhədinin bağlanması Qəzzədə iqtisadi böhranı artıracaq - ərəb politoloqu

Siyasət Materials 27 Dekabr 2007 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir R.Hafizoğlu/ Misir-Qəzzə sərhədlərinin bağlanması "Həmas"ın Qəzzədə nüfuzunun azalmasına və Qəzzədə iqtisadi böhranın güclənməsinə səbəb ola bilər.

"Şarm əl-Şeyxdə keçirilən Misir-İsrail danışıqlarının əsas mövzusu Misir-Qəzzə sərhədinin bağlanılması olacaq. Sərhədin bağlanması Qəzzədə iqtisadi böhranı gücləndirəcək" - deyə misirli politoloq Əbdülvahab əl-Məsiri cümə axşamı telefonla Trend ə bildirib.

Bu gün Misirin Şarm əl-Şeyx şəhərində İsrailin müdafiə naziri Ehud Barak və Misir prezidenti Hüsni Mübarək arasında Misir-Qəzzə sərhədlərinin bağlanması, habelə 1967-ci ildə İsrail tərəfindən işqal edilən Ar-Xoma məntəqəsində tikililərin inşasının dayandırılması mövzusunda ikitərəfli danışıqlar aparılır.

Ekspertin fikrincə, Misir höküməti İsrailin sərhədləri bağlamaq tələbini yerinə yetirəcək. "Bu isə, öz növbəsində, Qəzzədə olan iqtisadi böhranın artması və Paris toplantısının nəticələrinin boşa çıxacağı ilə nəticələnəcək, - deyə Məsiri bildirib. - İsrail tərəfi isə, sərhədlərin bağlanmasını Qəzzənin blokadası kimi deyil, "Həmas"ın silah dəstəyinin qarşısının alınacağı kimi qiymətləndirib".

Misir prezidentinin "Dunyada elə bir dövlət yoxdur ki, öz sərhədlərini tam olaraq nəzarət altında saxlaya bilsin", fikirini şərh edən politoloq, bu sözlərin Misir hökümətinin zəifliyi kimi yox, Fələstin xalqı ilə ayrılmaz olduğunun numəyişi kimi qələmə verib.

Politoloqun fikrincə, sərhədlərin bağlanması "Həmas"-ın gələcək fəaliiyətinə təsir etməyəcək, əksinə, gündəlik tələbatlarını ödəmək üçün Misirin sərhədyanı məntəqələri ilə ticarət edən sadə qəzzəlilərə təsir edəcək.

Xəbər lenti

Xəbər lenti