...

Nino Burcanadze "İmedi" TV-nin yayımının dayandırılmasını gözləyirdi

Siyasət Materials 27 Dekabr 2007 17:55 (UTC +04:00)
Nino Burcanadze "İmedi" TV-nin yayımının dayandırılmasını gözləyirdi

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Müvəqqəti olaraq Gürcüstan prezidenti vəzifəsini icra edən Nino Burcanadze "İmedi" teleşirkətinin kollektivinin dünənki qərarı barədə fikir bildirərkən qeyd edib ki, kollektivin yayımı dayandırmaq barədə qəbul etdiyi qərarı gözlənilən qərar idi. Dünən Gürcüstanın "İmedi" telekanalı müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Siyasi proqramların direktoru Giorgi Tarqamadze bəyan edib ki, yayım ölkədə baş verən çirkin siyasi oyunlara etiraz əlaməti olaraq dayandırılıb.

Tarqamadze bəyan edib ki, noyabrın 7-də teleşirkətdə baş verənlərdən sonra, telekanalın əməkdaşları və onların ailələri hökumət tərəfindən təzyiqlərə məruz qalır. Onun sözlərinə görə, kanalı təsis edən gürcü biznesmeni, prezidentliyə namizəd Badri Patarkatsişviliyə qarşı "kampramat müharihəsi"nin başlanmasından sonra, son iki gün ərzində tabelikdə olanların vasitəsilə kanalın rəhbərliyində isteriya, psixoz baş verir və bu, "İmedi" telekanalının əməkdaşlarını çox çətin vəziyyətdə qoyur.

Burcanadzenin sözlərinə görə, TV-də işləyən şəxslərin telekanalın rəhbəri Arkadi Patarkatsişvili ətrafında baş verən hadisələrlə əlaqəsi yoxdur və təbii ki, oliqarxın dövlət çevrilişinə cəhddə iştirak etməsini sübut edən kadrların nümayiş olunmasından sonra, işləmək çətin olardı.

Burcanadze qeyd edib ki, hazırda hökumətin sözlərinə inanmayanlar hadisələri daha real götür-qoy edə bilərlər.

Xəbər lenti

Xəbər lenti