...

Azərbaycanın hərbi doktrinası Milli Məclisin növbəti sessiyasında qəbul ediləcək

Siyasət Materials 28 Dekabr 2007 13:22 (UTC +04:00)
Azərbaycanın hərbi doktrinası Milli Məclisin növbəti sessiyasında qəbul ediləcək

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanın hərbi doktrinası tam hazırdırvə Milli Məclisin yaz sessiyasında qəbul ediləcək. Bu barədə cümə günü 2007-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında Azərbaycan müdafiyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Səfərov məlumat verib.

Ahzərbaycanın hərbi doktrinasının Milli Məclisin payız sesiyasında qəbulu gözlənilirdi. Doktrinada əksini tapan maddələrlə bağlı məsələ həllini tapmadığından, sənədin qəbulu gecikib.

Səfərov bildirib ki, Azərbaycanın hərbi doktrinası ölkənin Milli maraqlarına tam cavab verir. Mətbuat xidmətinin rəhbəri Erməenistanda qəbul olunan hərbi doktrinaya münasibət bildirməyib.

Ermənistan həçrbi doktrinası dekabrın 25-də qəbul edilib.

Xəbər lenti

Xəbər lenti