Azərbaycan, Bakı/ " Trend"/ Prezident İlham Əliyev dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası"na daxil olunmuş əsərlərin siyahısının təsdiq edilməsilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası 150 cildliyə daxil edilən əsərlərin tərcüməsi, tərtibatı və çapa hazırlanması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim etməlidir.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tarşırılıb.