...

Tehran heç vaxt Xəzər dənizinin resurslarının 11,35%-dən çoxunu istifadə etməyib - İran İslam Respublikasının XİN rəhbəri

Siyasət Materials 30 Dekabr 2007 18:50 (UTC +04:00)
Tehran heç vaxt Xəzər dənizinin resurslarının 11,35%-dən çoxunu istifadə etməyib -  İran İslam Respublikasının XİN rəhbəri

Tehran heç vaxt Xəzər dənizinin resurslarının 11,35-dən çoxundan istifadə etməyib. İTAR-TASS-ın məlumatına görə, bu barədə jurnalistlərə İran İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Möttəki bəyan edib.

"İran heç vaxt Xəzərin resurslarının 50%-ni istifadə etməyib, bu rəqəm məntiqə uyğun deyil, bunu sübut eləyən heç bir müqavidə yoxdur" - deyə İran diplomatiyasının rəhbəri qeyd edib. XİN rəhbərinin sözlərinə görə, "İran xalqının düşmənləri və İranın regionda oynadığı roldan narahat olanlar bəyan edirlər ki, İran keçmişdə Xəzərin resrurslarırın yarısına malik olub".

Möttəki qeyd edib ki, "Xəzərin hüquqi rejiminin işlənib hazırlanması İran, Azərbaycan və Türkmənistanın gündəliyindədir"."Bu dövlətlərin hər birinin payı dənizin resrurslarının yeraltı sərhədlərinin ədalətli bölünməsi prinsiplərinə uyğun olaraq müəyyən olunacaq" - deyə nazir əlavə edib. İran XİN-in rəhbəri bununla əlaqədar olaraq qeyd edib ki, "Qazaxıstanın Xəzər dənizindəki payı 24%, Rusiyanın payı 20%, Türkmənistan və Azərbaycanın payı isə 20%-dən azdır. Nazir nəzərə çatdırıb ki, Tehran bu sahədə öz maraqlarını qorumaq niyyətindədir.

Yola saldığımız ilin oktyabrın 16-da İranın paytaxtında Xəzər dənizi dövlələrinin sammiti baş tutub, sammit zamanı Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanmasına dair ilk ciddi addımlar atılıb. Tərəflər bir çox məsələlərə dair razılığa gəliblər.

Xəzərin dibinin bölünməsinə gəlincə isə, yekun Bəyannamədə tərəflər bəyan ediblər ki, onlar bu addımları öz suveren hüquqlarını nəzərə almaqla və bir-birinin qanuni maraqlarına hörmət etməklə atacaqlar". 2002-ci ildə Aşqabadda keçirilən sammitdə Rusiya və Xəzəryanı dövlətlər arasında Xəzərin dibinin bölünməsinə dair bir sıra sənəd imzalanıb. Tərəflər Xəzər dənizinin cənub hissəsində faydalı qazıntıların işlənməsi və hasilatına dair hüquqi baza hazırlayıblar. Xəzərin cənub hissəsi, Azərbaycan, İran və Türkmənistan üçbucağı ilə bağlı analoji razılığa gəlmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti