...

Brüsseldə Azərbaycan və Aİ-nin gələcək əməkdaşlığı müzakirə olunur

Siyasət Materials 14 Yanvar 2008 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir S.Ağayeva / Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Brüsseldə Avropa İttifaqının (Aİ) rəsmi şəxsləri ilə Azərbaycan və Aİ arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə edir. Danışıqlar ilk növbədə TRASEKA çərçivəsində əməkdaşlığın inkişafı məsələsini əhatə edir. Bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim məlumat verib.

İbrahim bildirib ki, bu il TRASEKA-ya üzv ölkələrin hökumət başçılarının növbəti sammiti Bakıda keçiriləcək və Xələfov Aİ-nin rəsmi şəxsləri ilə sammitin proqramını müzakirə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti